Aralıq dənizində 2 günə 300-dən artıq miqrant tapılıb
Xilasetmə xidməti Alboran dənizində (Aralıq dənizinin qərb qutaracağında) 2 günə 300-dən artıq miqrant aşkarlayıb. Onlar İspaniya sahillərinə çatmaq istəyirmişlər. Dünən yerli QHT-lərdən biri qeyri-qanuni miqrantlarla dolu olan iki qayığın itdiyi barədə xəbər yaymışdı. Təkcə cümə axşamı günü Əndəlus sahilində 190 miqrantın olduğu 7 qayıq aşkarlanıb. Bu gün ünortaya kimi daha 130 miqrantla daha 3 gəmi aşkarlanıb. Miqrasiya üzrə Beynəlxalq Təşkilatın hesabatına görə, cari ilin əvvəlindən Aralıq dənizi vastəsi ilə Avropaya 77 mindən artıq qaçqın və miqrant gedib. 1828 nəfər bu yolda həlak olub. (faktxeber) /