Maide.az

Aralıq dənizində 7 miqrantın meyiti tapılıb

Aralıq dənizində Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 300-ə yaxın miqrant xilas olunub.   APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.   Son sutka ərzində həmçinin dənizdə batan 7 miqrantın meyiti aşkarlanıb.   Dekabrın 1-ə olan məlumata əsasən, ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 170 min miqrant və qaçqın gəlib. /