Arəş; Sepah-ın ən ölümcül vertolyot ovçusu
Əslində “snayper top” hesab olunan bu yeni silah düşmən vertolyotlarını ovlamaq üçün ən öldürücü İran snayperi sayılır. Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, 18-20 kiloqram çəkiyə malik olan “Arəş” alternativi sayılan “Şaher” ilə müqayisədə daha yüngüldir. Silahda 20 milli metrlik mərmilərdən istifadə olunur. Düşmən hədəfləri (xüsusilə də vertolyotları) 2000-2200 metrlik məsafədən vurmağa qadirdir. “Arəş” snayperi, ötən gün İranın İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) qüvvələrinin ixtiyarına verilib. "Arəş" snayperi ilə həm dayaq üzərinə quraşdırmaqla və həmdə çiyin üzərindən atəş açmaq mümkindir. /