Maide.az

AİP Sumqayıtda İmam Rzanın(ə) mövludu ilə bağlı bayram tədbiri keçirib

Tədbirdə ruhani alimlər, Əhli-beyt aşiqləri və şəhər sakinləri iştirak ediblər Bu gün Sumqayıt şəhərində Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə vilayət səmasının 8-cı ulduzu İmam Rza(ə)-ın mövludu ilə bağlı bayram tədbiri keçirilib. Maide.Az xəbər verir ki, tədbirdə ruhani alimlər, Əhli-beyt məddahları və şəhər sakinləri iştirak ediblər.   Tədbirdə çıxış edən ruhanilər İmam Rza(ə)-ın keçdiyi həyat yolu, pak və uca şəxsiyyəti, fəzilətləri haqqında məlumat veriblər.   Qeyd edək ki, tədbir haqqında geniş reportajı oxucularımıza təqdim edəcəyik. (islaminsesi)