`Apple` yeni məhsullarını təqdim etdi (FOTO)
"Apple" şirkəti çərşənbə günü San-Fransiskoda özünün "iPhone 6S" və "iPhone 6S Plus" smartfonlarını təqdim edib. Trend-in xarici KİV-lərə istinadən veridiyi məlumata əsasən, smartfonlar 4 rəngdə təqdim olunub. Nümayiş zamanı, şirkətin baş direktoru qeyd edib ki, smartfonların görünüşü əvvəlkinə bənzəsədə, əslində onlar çox şeyi dəyişiblər. Yeni smartfonlar "iOS 9" əməliyyat sistemində işləyəcək. Yeni "iPhone"-larda 12 meqapiksellik arxa (əsas) və 5 meqapiksellik ön kameralar quraşdırılıb. Təqdim olunan məhsullar ilk öncə sentyabr ayının 25-dən 12 ölkədə satışa buraxılacaq, ilin axırına kimi isə smartfonları dünyanın 130 ölkəsində əldə etmək olacaq. /