Apple istifadəçilərinə şad xəbər
Milyonlarla iPhone və iPad satmağa davam edən Apple texniki xidmət sahəsindəki sıxlığı yeni mobil tətbiqiylə azaltmaq niyyətindədir. Apple tətbiqlə bağlı rəsmi açıqlama verməsə də, "uSwitch" tətbiqinə aid ekran görüntüləri mediaya sızıb. Belə ki, Apple-ın istifadəyə verəcəyi mobil tətbiqi iPhone və iPad-ə yükləndikdən sonra bu cihazlarla bağlı müxtəlif statistikalar istifadəçinin Apple ID-ə gələcək. Tətbiqin daxilində Apple-ın cihazların işləmə mexanizmi ilə bağlı hazırlamış olduğu sual-cavab şəklində mətnlər də yerləşdiriləcək. Beləliklə, istifadəçilər telefonlarında qarşılaşdıqları problemlə bağlı axtardıqları sualların cavabını tətbiqdən istifadə etməklə vaxt itkisi və təhlükəsizlik problemi yaşamadan rəsmi şəkildə Apple-dan öyrənə biləcəklər.(xeberler)