Maide.az

AŞPA-nın Qarabağ münaqişəsi üzrə məruzəçisi Azərbaycana gəlib

AŞPA-nın Qarabağ münaqişəsi üzrə məruzəçisi, britaniyalı deputat Robert Valter bu gün Azərbaycan XİN-də görüş keçirib.   O, münaqişə zonasında vəziyyətlə tanış olmaq üçün Azərbaycana ikigünlük səfərə gəlib. Bu barədə XİN-in məlumatında deyilir.   Gözlənildiyi kimi, Valter sərhədyanı rayonlarda olacaq, yerlərdə vəziyyətlə maraqlanacaq.   Səfərin yekunlarına əsasən AŞPA sessiyası üçün hesabat hazırlanması gözlənilir.