Maide.az

Annan illər əvvəl baş vermiş hadisənin həqiqətini açdı: RAZI DEYİLDİM

Maide.az-ın məlumatına görə, BMT-nin sabiq baş katibi Kofi Annan Moskvaya etdiyi səfər zamanı çıxışında bildirib ki, İraqın bugünkü vəziyyətini Amerikanın 2003-cü il hücumu ilə əlaqəsiz hesab etmək olmaz.    Annan əlavə edib: Amerikanın hücumu təkcə bir müdaxilə deyil, İraq ordusunun məhvinə səbəb oldu. Belə ki, onun mənfi nəticələri İŞİD-in İraqa hücumunda tam şəkildə müşahidə olunur.    BMT-nin sabiq baş katibi deyib: "Amerika İraqın qurumları və infrastrukturlarını məhv etdi və bu ölkədə böyük boşluq yaratdı. Nəticəsi isə bugünkü İraqın zəif olmasıdır."    Annanın sözlərinə görə, o BMT-yə başçılığı dövründə İraqa hücumu dəstəkləməyib və İraqa hücumun BMT əsasnaməsi çərçivəsində olmadığına inanırdı.