Maide.az

Ankarada su anbarlarında su qurtarıb

Ankaranın bütün su anbarlarında içməli su minimum həddə çatıb. Trend-in məlumatına görə, bu barədə paytaxtın Su Təchizatı Baş İdarəsi xəbər yayıb.   Məlumata görə, hazırda Ankara su anbarlarında içməli su səviyyəsi 20,74 % təşkil edir ki, bu da paytaxtın su təminatına müəyyən problemlər yaradır.   Ankarnın 3 su anbarında olan suyun səviyyəsinin cəmi 18,85 % olduğu bildirilib.   Ankara Su Təchizatı Baş İdarəsi bunun səbəbini isə açıqlamayıb.