Maide.az

Ankarada partlayış baş verib, ölənlər var - VİDEO- YENİLƏNİB

Türkiyənin baş naziri Əhməd Davudoğlunun Ankarada baş vermiş hadisə ilə əlaqədar olaraq, Brüsselə sabahkı səfərinin təxirə salındığı bildirilir.   Bəzi mənbələrə görə, Ankarada partlayışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.   ***   Son məlumatlara görə, partlayış avtomobilə quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.   İnsident nəticəsində 5 nəfər dünyasını dəyişib, 10-u isə yaralanıb.   *** Ankaranın mərkəzində böyük partlayış baş verib.   Maide.az Presstv-ə istinadən xəbər verir ki, partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.   Ölən və yaralananlar haqda məlumat verilmir./