Maide.az

Ankarada ağır yol qəzası: 10 ölü, 20 yaralı

Türkiyənin paytaxtı Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, avtobusun sürücüsü idarəetməni itirərək dayanacağa çırpılıb. Qəza nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlərin hamısı Türkiyə vətəndaşıdır. /