Maide.az

Ancelina Culi: İŞİD əgər Quranı dərk etsəydi, insanları öldürməzd

Hollivudun məşhur aktrisası Twitterdə İŞİD-ə səslənərək yazıb: “Əgər Quranın mənasını anlasaydınız, insanları öldürməzdiniz”.   Maide.az xəbər verir ki, Hollivud ulduzu Twitterdəki öz hesabında İŞİD-ə müraciət edib: “Əgər Quranın mənasını dərk etsəydiniz, müsəlmanlar, xristianlar və digərləri də daxil olmaqla insanları qətlə yetirməzdiniz”.   O, İslam dininin tolerantlıq, birgə yaşama və sülhə dəvət etdiyindən əmin olduğunu deyib.   O İŞİD-lə bağlı bir hadisəni danışıb: “İŞİD yaraqlılarından biri xristian bir ər-arvadın avtomobilinin qarşısını kəsərək, onlardan soruşub: Siz müsəlmansınız? Kişi cavab verir: Bəli, müsəlmanıq. İŞİD yaraqlısı cavabdan əmin olmaq üçün ona deyib: Sən müsəlmansansa, Qurandan bir ayə oxu, xristian kişi ona İncildən bir cümlə oxuyur. İŞİD yaraqlısı ona deyir: Get Allah amanında”.   İŞİD yaraqlısı getdikdən sonra, xristian qadın ərindən soruşur: Niyə ona dedin ki biz müsəlmanıq, əgər yalan danışdığımızı anlasaydı, mütləq bizi öldürərdi. Kişi əminliklə cavab verir: Narahat olma, əgər onlar (İŞİD) Quranı bilsəydilər, insanları öldürməzdilər.   Ancelina Culi bu əhvalatı danışaraq, qeyd edib: “İŞİD qruplaşması heç də İslam deyil və terrorun dini olmur”./