Maide.az

Ana və üç uşağı dəm qazından boğulublar

Ötən gecə paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində ana və üç uşağı həlak olublar.   Maide.Az bildirir ki, Rayon İcra Hakimiyyətindən Turan-a verilən məlumata görə, faciəyə dəm qazı səbəb olub.   Elmira Cəfərova və uşaqları Əli Əsgərli, Fatma Əsgərli və Zəhra Əsgərli kirayə mənzildə yaşayıblar.   Suraxanı Rayon Prokurorluğu faktla bağlı cinayət işi qaldırıb.