Maide.az

Anar Yusifoğluya İTV-də vəzifə verildi

Tanınmış jurnalist Anar Yusifoğluya çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib.    O, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.   Məsələ ilə bağlı Anar Yusifoğlu ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.   Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib.    Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib.    Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb. (aznews)