Amnesty International Səudiyyə Ərəbistanın kaset bombalardan istifadəsinə dair sənədləri toplayıb
Amnesty International Səudiyyə Ərəbistanın kaset bombalardan istifadəsinə dair sənədləri toplayıb. Maide.Az xəbər verir ki, Amnesty İnternational elan edib ki, kaset bombaları Britaniyalı şirkət hazırlayıb və Səudiyyə Ərəbistanına təhvil verib. Qeyd edək ki, Amnesty International bir müddət öncə yayımladığı bəyanatda bildirmişdi ki, Səudiyyə Ərəbistan rejimi kaset bombalardan istifadə etməklə Yəmənin müxtəlif bölgələrini mina sahəsinə çevirib. Bəyanatda Səuidyyə rejiminin qırıcılarının kaset bombalarından istifadə etdiyini və bu bombaların dinc sakinlərinə törədəcəyi təhlükə ilə bağlı xəbərdarlıq edilmişdi. Amnesty International Səudiyyə Ərəbistanı kaset bombalarından istifadə etməməyə çağırıb və beynəlxalq ictimaiyyətdən istəyibki Yəməndəki bu ərazilərin təmizlənməsinə yardım etsinlər. Xatırladaq ki, bundan öncədə Human Rights Watch və Beynəlxalq Amnistiya Təşkilatı dəfələrcə Səudiyyə rejiminin Yəməndə mülki vətəndaşlara qarşı qadağan olunan kaset bombaların istifadə edilməsini hərbi cinayət olduğunu və bu cinayəti dayandırması haqqında bəyanatlar veriblər. Lakin Səudiyyə rejimi hələdə Yəməndə dinc sakinlərə qarşı bu silahdan istifadə edir.