Amnesty International: 1 milyon 200 min Əfqanlı evlərindən didərgin düşüb
“Beynəlxalq Əfv'' Təşkilatı (Amnesty International) yeni hesabatında bildirib ki, son üçldə 1 milyon 200 min Əfqanlı ölkədə baş verən zorakılıqlara görə, evlərini tərk etmək məcburiyyətində qalıb. Maide.Az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı rəsmi Kabil və beynəlxalq ictimaiyyətdən istəyib ki, Əfqanıstanda daxili müharibəyə görə, ev-eşiklərindən didərgin düşən qaçqınlar böhranının həlli üçün işlər görsünlər. Beynəlxalq Əfv Təkilatı bildirir ki, Əfqanıstanda zorakılıq və müharibə 15 ildir ki, davam edir və evlərindən didərgin düşmüş şəxslərin əksəriyyəti çox ağır vəziyyətdə yaşayır. Taliban terroçuları uzun illər Əfqanıstan dövləti ilə müharibə edib, eləcədə Amerikanın terrorizmlə mübarizə bəhanəsi ilə bu ölkəyə girməsi vəziyyəti daha da pisləşdirib. BMT –nin məlumatına görə,təkcə 2015-ci ildə 11 min nəfərdən çox insan Əfqanıstanda həyatını itirib.