Amerika və Fransa Suriyaya birgə hücum etmək haqqında razılaşıb
ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron telefonla danışıb. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, telefon danışığında ABŞ və Fransa prezidentləri Suriyaya müştərək hücum haqqında razılığa gəliblər. “Suriyada bir daha kimyəvi hücum baş verərsə, Fransa və ABŞ birgə addımlar atacaq”, -deyə Elizə sarayının məlumatında bildirilir. Qeyd edək ki,ABŞ cari ilin aprel ayında da Suriyada terrorçuların olduğu ərazilərə şübhəli kimyəvi silah hücumundan sonra bu hücumda Suriya hökumətini günahlandırmış və hökümətin hərbi hava bazasına raket hücumları həyata keçirmişdi.