Maide.az

Amerika təyyarələri Milad bayramı üçün pilotsuz qalıb

ABŞ-ın “American Airlines” aviaşirkətinin sistemi Milad bayramı günlərində iş cədvəlinin tərtib olunmasında səhvə yol verib.   Trend-in məlumatına görə, pilotlar Milad bayramında eyni istirahət günlərini seçdikdən sonra elektron sistem buna uyğun cədvəli tərtib edib. Məlum olub ki, Mayami, Çikaqo, Nyu-York hava limanlarından reyslər pilotsuz qalıb.   Aviaşirkət rəhbərliyi bu problemin həlli üçün pilotlara saatlıq əmək haqqının 150 faizi həcmində mükafat verməklə bayram günlərində işə çıxmağı təklif edib.