Amerika Suriyada hərbi aerodromu raketlərlə vurub - VİDEO
ABŞ hərbi qüvvələri cümə günü səhər Suriyanın qərbində Homsın yaxınlığında yerləşən Əş-Şəyrat aerodromuna ən az 60 “Tomaqavk” tipli raketlə hücum edib. Maide.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriya hərbi aerodroma zərbə vurmaq bardə əmr verdiyini cümə axşamı bildirib. D.Tramp iddia edib ki, bu aerodromdan bir neçə gün əvvəl dinc sakinlərə qarşı kimyəvi silah tətbiq edilib. "Mən bu gün Suriyada kimyəvi hücum edilən aerodroma hərbi zərbə endirilməsi barədə əmr verdim", - Tramp, xüsusi müraciətində qeyd edib. ABŞ prezidenti iddia edib ki, Amerikanın Suriyaya hücumu bu ölkəni təhlükəsizliyinin təmininin xeyrinədir. Bölgədə xarici qüvvələrin dəstəklədiyi “müxalifət” və bəzi Qərb rəsmiləri kimyəvi hücumu Suriya ordusunun etdiyini iddia edir. Rəsmi Dəməşq onların bu iddiasını təkzib edib və deyib ki, heç vaxt kimyəvi silahdan istifadə etməyib və etməyəcək. Suriya televiziyası hərbi qaynaqlara istinadən bildirib ki, Amerikanın raket hücumu nəticəsində aerodrroma ciddi ziyan dəyib. CNN həmçinin elan edib ki, Amerikanın hücumu zamanı Əş-Şəyrat aerodromunda Rusiya hərbiçiləri də olub və hücumdan öncə Rusiya hücmla bağlı məlumatlı olub. Homs vilayətinin qubernatoru Talal əl-Bərrazi bildirib ki, ABŞ-ın raket zərbələrinin nəticəsində çox sayda həlak olan və yaralılar var.(presstv)