Amerika İranın 2 milyard dollar dondurulumuş aktivini mənimsəyib
Amerika Ali Məhkəməsi İranın "etdiyi hərəkət" qurbanlarına kompensasiya ödənilməsi bəhanəsiylə bu ölkənin müsadirə olunmuş aktivlərindən 2 milyard dollar həcmində vəsaiti götürüb. Maide.az xəbər verir ki, Ali Məhkəmə bu qərarı ötən gün qəbul edib. Qərara əsaən 2 milyard dollar pul 1983-cü ildə Beyrutda baş verən partlayış qurbanlarına kompensasiya kimi ödəniləcək. Amerika Ali Məhkəməsi 2007-ci ildə Beyrut partlayışının qurbanlarına 2.65 milyard dollar kompensasiyanın ödəlinməsinə görə qərar çıxarmışdı. Amerika Konqresi 2012-ci ildə bu qərarı təsdiqləmiş və kompensasiyanın ödənilməsini tələb etmişdi. 2014-cü ildə qərar qüvvəyə minmiş və İranın Mərkəzi Bankının müsadirə olunmuş aktivlərindən 2 milyard dolların çıxarılması təsdiqlənmişdir. İranın Mərkəzi Bankı İran və Amerika arasında 1955-ci ildə imzalanmış sənədi əsas gətirərək məhkəmənin hökmündən apellyasiya şikayəti vermişdi. İran 1983-cü ildə Beyrutda Amerika hərbi hava qüvvələrinin bazasında baş verən partlayışdə əli olduğuna dair iddiaları qəbul etmir. Partlayış zamanı 241 Amerika hərbiçisi həlak olmuşdur.