Amerika İrandan yardım istədi
Amerikanın dövlət katibi Con Kerri Suriya və Yəməndə müharibəyə son qoymaq üçün İrandan yardım istədi. Maide.az xəbər verir ki, Con Kerri cümə axşamı Bəhreyndə Fars Körfəzi Əməkdaşlıq Şurasının Ərəb ölkələrindən olan həmkarları ilə görüşdən öncə jurnalistlər bildirib: “İran bizə yardım etsin ki, Yəmən və Suriyadakı müharibəyə son qoyaq, münaqişə daha da gərginləşməsin. İran regionda vəziyyəti dəyişməyə və stabilləşməyə yardım etsin. “ Amerikalı rəsmi eyni halda bildirib ki, rəsmi Tehran dünyaya sübut etməlidir ki, dünya ictimaiyyətinin qurucu üzvlərindən biri kimi dünyada sülh və sabitlik prosesində iştirak etmək istəyir. Qeyd edək ki, Omandan başqa Fars Körfəzi ölkələrinin hamısı ötən ilin mart ayından Səudiyyə Ərəbistanın başçılığı ilə Yəmənin fərari prezidenti Mənsur Hadini hökumətə qaytarmaq və Ənsarullah hərakatını zəiflətmək məqsədi ilə Yəmənə hərbi təcavüz ediblər. Bu təcavüz nəticəsində 9 min 400 yəmənli o cümlədən 4 min uşaq və qadın həlak olub, Yəməndə infrastruktur dağıdılıb. Ərəb ölkələrinin bəzisi həmçinin Suriyada terrorçu qrupları dəstəkləyir. Kerri 2001-ci ildə Bəhreyndə Ali Xəlifə rejiminə qarşı xalq hərakatı başlandığı gündən indiyədək bu ölkəyə səfər etmiş ilk ABŞ rəsmisidir. Amerika Bəhreyn rejimini ən çox dəstəkləyən ölkələrdəndir. Bəhreyn rejimi 2011-ci ildən bu günə kimi xalqın ölkədə azadlıq və insan haqlarının tapdalanmasına etiraz olaraq keçirdikləri dinc aksiyalarını zor gücü ilə dağıdır. Amma buna baxmayaraq Con Kerri Bəhreyn rəsmiləri ilə görüşündə bu ölkənin “insan haqları”na verdiyi dəstəyə görə onlara təşəkkür edib. /