Amerika İrandan 8 milyon dollardan çox dəyəri olan “ağır su” alacaq
ABŞ dövlət katibinin mətbuat sözçüsü Con Kirbi (John Kirby) deyir ki, sazişin icrası istiqamətində Amerika İrandan 32 ton ağır su alacaq. Maide.Az bildirir ki, C.Kirbi deyib ki, bu alqı-satqı Amerika sənayesinin bu həyatı maddəni əldə etməsinə imkan yaradacaq eyni vaxtda İrana bu imkanı yaradacaq ki, artıq ağır suyunu satsın. O deyib ki, ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bu məsələni müzakirə edəcək. İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi də bu alqı-satqının baş tutacağını təsdiqləyib. ABŞ dövlət katibinin mətbuat sözçüsü Con Kirbi deyib ki, ümid edirik yaxın həftələrdə alınacaq ağır su yükü Amerikaya təhvil veriləcək. Deyilənə görə, bu alqı-satqının dəyəri 8.6 milyon dollar dəyərindədir. Ağır su -adi hidrogeni onun ağır izotopu olan deyterium (D) ilə əvəz etdikdə alınan su növüdir. Ağır su nüvə mühərriklərində neytron yavaşıdıcısı kimi və ya deytron mənbəyi kimi istifadə olunur.