Amerika ordusunun məxfi sənədləri oğurlandı
Xakerlərin ABŞ ordusuna aid MQ 9 pilotsuz təyyarələrin məxfi bilgilərini oğurladıqları bildirildi. Maide.Az "shafaqna"-a istinadən xəbər verir ki, 1 iyun tarixində Recorded Future adlı təşkilatla çalışan İnsikt Group, deep web üzərindən bəzi şəxslərin hərbi məlumatlar satmağa çalışdığının şahidi oldu. Xakerlərin olduğu forum saytlarında yeni hesab açan müxtəlif vizuallar paylaşımlar edən bu şəxs, ilk olaraq əlində mühim hərbi məlumatların olduğunu söyləyib. İnsikt Group, xakerlərin əllərində hansı bilgilərin olduğunu və o bilgiləri necə əldə etdiklərini araşdıraraq ortaya çıxardıb. ABŞ-ın bir çox hərbi məntəqəsində istifadə olunan MQ-9 Reaper modelinə aid təmir kitabçasının internet vasitəsiylə alına bilməsinin bir çox dezavantajları olduğu təkrar bildirilərkən, xakerlərin əlində başqa məlumatların da ola biləcəyi qeyd edilib.