Amerika İndoneziya Silahlı Qüvvələri komandirini konfansa rəsmi dəvət etdi, ölkəyə buraxmadı
Amerika hökuməti İndoneziya Silahlı Qüvvələri komandiri Gatot Nurmantyonu ölkədə keçirilən konfansda iştirak etmək üçün rəsmi dəvət etdi və onu sərhəddə ölkəyə buraxmadı. Maide.Az “sputnik”ə istinadən xəbrə veri rki, G.Nurmantyo və onun həyat yoldaşı oktyabrın 23-24-də Vaşinqton şəhərində "Zorakı Ekstremist Təşkilatlarla Mübarizə" mövzusunda keçiriləcək iclasda iştirak etmək üçün Amerikaya uçmaq istəyərkən hava limanından geri qaytarılıb. Amerika gömrük idarəsi onun ölkə ərazisinə girişinə icazə verə bilməyəcəyini deyib. İndoneziya ABŞ hökumətindən səfərin ləğvi ilə bağlı izahat tələb edib. Amerikanın Cakartadakı səfiri baş vermiş hadisəyə görə üzr istəyib.