Amerika müsəlmanları islamofob reklam daşıyıcılarının (billboard) quraşdırılmasına etiraz etdi
Amerikanın Indiana ştatının Indianapolis şəhərində islamofob reklam daşıyıcılarının (billboard) quraşdırılması və Peyğəmbərə (s) hörmətsizlik edilməsi bu şəhərdə yaşayan müsəlmanların etirazına səbəb olub. Maide.Az “WND”-yə istinadən xəbər verir ki, Indianapolis şəhərinin müsəlman rəhbərləri billboardları quraşdıran şirkətdən bu bəyənilməyən addıma görə izahat tələb edib. İndiana Müsəlmanları Koalisiyasının icraçı direktoru Rima Şahed bildirib ki, bu iş bizi çox əsəbləşdirib və narahatıq. “Bu çox qorxaqcasına atılşmış bir addımdır. Əgərə kiminsə sözü varsa gəlsin və açıq şəkildə sözünü desin. Düşünürüəm bizim şəhərdə ixtilaf yaradacaq və nifrət hissi oyadacaq belə şeylərə ehtiyac yoxdur. Bu kimi davranışlar ixtilafları artırır”