Amerikalılar öz ölkələrinin bayrağını yandırdı - VİDEO
Amerikaının ən böyük şəhərlərindən olan Portland şəhərində yüzlərlə amerikalı Donald Trumpın prezident seçkilərində qələbəsini etirazla qarşıladılar. Maide.Az RT-yə istinadən xəbər verir ki, Amerikada prezident seçklərinin nəticələrinin açıqlanmasının ardından etirazçılar küçələrə töküldü. Vidoedanda görsənir ki, etirazçılar D.Trump əleyhinə şüarlar səsləndirir və onun seçilməsinə etiraz olaraq ölkənin bayrağını yandırırlar. Bildirilir ki, Kaliforniya ştatının Oklend və Berkli şəhərlərində, eləcə də Oreqon Universitetində də respublikaçı Donald Trampın növbəti ABŞ prezidenti seçilməsindən narazı olanlar etiraz aksiyası keçirirlər. Oklenddə baş tutan etiraz aksiyasında təxminən 200 adam iştirak edir. Etirazçılar "Bizim prezident deyil!" şüarı səsləndirirlər.