Amerikada müsəlmanlara qarşı fiziki hücumlar 40 faiz artıb
2015-2016-cı illərdə Amerikada anti-islam hərəkətlərinin sayı artıb. Maide.Az bildirir ki, Spotnik-in verdiyi məlumata görə, Pyu müəssisəsinin apardığı rəysorğusunun nəticələrinə görə, 2015-ci illə müqayisədə 2016-cı ildə Amerikada müsəlmanlara qarşı fiziki hücumlar 40 faiz artıb. Məlumata görə, ilk dəfə olaraq 2011-ci ildə 11 sentyabr hadisələrindən sonrakı hücumların həcmini də ötüb-keçib. Pyu müəssisəsi bildirib ki, 2016-cı ildə Amerikada müsəlmanlara qarşı 144 təhlükə qeydə alınıb. Bu rəqəm 2015-ci il üçün 120 təşkil etmişdi. Yayılan məlumatlar göstərir ki, ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra müsəlmanlara qarşı hücumların sayı artıb və anti-islam və irqçi qruplar Trampın əsas himayədarlarıdır. Qeyd edək ki, ABŞ-da keçən il nifrət zəminində cinayətlərin də sayı bir qədər artıb. Federal Təhqiqatlar Bürosunun (Federal Bureau of Investigation-FBI) nifrət zəminində illik statistikalarına görə, 2015-ci ildə 5850 insidentlə müqayisədə bu insidentlər 2016-cı ildə 4 faiz artaraq, 6121-ə çatıb.