Amerikada məscid tikintisi getdikcə artır
Amerikada 2000-ci ildən bu yana məscid tikintisisi 2 dəfə artıb. Maide.az xəbər verir ki, Amerikada İslam dini getdikcə sürətlə yayılır və buna görə, bu ölkədə yeni məscidlərin tikintisi işləri də sürətlə artmaqdadır. Hartford Dini Tədqiqatlar İnstitutunun araşdırmasına görə, Amerikada hər 1562 müsəlmanın payına 1 məscid düşür. 2015-ci ildə aparılan sorğunun nəticəsinə görə, Amerika xalqının əksəriyyəti müsəlmanlarla ünsüyyət qurmağa müsbət yanaşırlar və hər 10 Amerikalıdan 3-nün bir müsəlman dostu var.