Maide.az

Amerikada hicab sərgisi təşkil olunacaq

Amerikanın San-Fransisko şəhərinin  De Yanq  muzeyində ilk dəfə olaraq hicab sərgisi təşkil olunacaq.    Maide.Az xəbər verir ki, De Yanq  muzeyinin müdiri Max Hollin   deyib ki,  İslam modası sərgisi 2018-ci ilin baharında təşkil olunacaq.    Sərgidə müxtəlif növ müsəlman qadın geyimləri sərgilənəcək.  Həmçinin sərgidə eyni zamanda Avropalı dizaynerlərin İslami geyim və hicab məhsulları sərgilənəcək. (iqna)