Amerikada “halal” restoranların sayı artır
Amerikada ilk halal yeməklər təqdim edən restoran “Halal Guys” restoranı artıq Nyu Yorkdan başqa digər şəhərlərdə o cümlədən New Jersey də öz filalını açıb. Maide.az xəbər verir ki, “Halal Guys” restoranı Amerikanın şərq sahilindəki əyalətlərdə də yeni şöbələr yaradır. Bu Halal restoranlar şəbəkəsinin Amerikanın Manhattan şəhərində iki filalı, Houston, Chicago , Kaliforniyanın Long Beach və Costa Mesa şəhərlərində filalları fəaliyyət göstərir. Bu restoranlar şəbəkəsinin Atlanta, Philadelphia, Vaşinqton, Virginia və digər şəhərlərdə də fialları fəaliyyət göstərir. Amerikanın “Halal Guys” restoranlar şəbəkəsi Filipin, Malayziya, İndoneziya, Cənubi Koreya və Kanadada fialları var. Bu halal restoranlar şəbəkəsi keyfiyyətli halal yeməklər verdiyi üçün müsəlman müştərilərlə yanaşı qeyri – müsəlman müştərilərində rəğbətini qazanıb. /