Amerikada “vəhhabiliyi baykot edək” kampaniyası
Amerikanın Vaşinqton şəhərindəki Məsih və İslami Mərkəzin üzvləri vəhhabiliyi baykot edək imza toplama kampaniyasına start veriblər. Kampaniya ilk gündən bir çox insanın alqışına səbəb olub. Maide.az xəbər verir ki, kampaniya üzvləri Amerikada vəhhabiliyin qadağan və baykot olunması məqsədi ilə yerli sakinlərdən, yoldan keçənlərdən və müsəlmanlardan imza toplayırlar. Kampaniya social mediada da aparılır. Artıq bu məqsədlə internet səhifəsi də yaradılıb. “Vəhhabilik idielogoiyası, İslamda terrorizimin onurğa sümüyüdür və bu idielogiya Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Amerikada gənclər və həssas insanlarda ifratçılığın yaranmasına məsul Səudiyyə Ərəbistandır. Bu idielogiya bir növ nifrətin açıqlanması və Amerika xalqı üçün təhlü kəhesab olunur. İŞİD hər gün güclənir və Amerikada hər nəqədər ki, vəhhabilik idielogiyası var, İŞİD-I dəstəkləyənlər də olacaq. Vəhhabi məscidlərinin çoxunda bu düşüncə tərzi ABŞ-ın müxtəlif bölgələrində təbliğ oluur. Amerikada evlərdə terrorun törədilməsi vəhhabi idieologiyasının yayılması nəticəsində baş verib…… Vəhhabi təriqəti bizim hamımızüçün böyük təhlükə hesab olunur və bizim təhlükəsilziyimiz və gələcəyimizə təhlükə yaradır. Biz nə qədər ki, gec olmayıb prezidentdən və qanun qəbul edənlərdən istəyirik ki, Amerikada vəhhabiliyi baykot etsinlər.”,-deyə kampaniya üzvlərinin imza vərəqlərinin üzərində yazılıb. /