Amazon şirkətinin virtual “gerçək güzgüsü”
Bu texnologiya alıcılara virtual mühitdə geyimləri sınamağa imkan verəcək Amazon Korporasiyası yeni texnologiyalarla güzgü patentləşdirib. Maide.Az “Islam-today”-ə istinadən xəbər verir ki, bu texnologiya alıcılara virtual mühitdə geyimləri sınamağa imkan verəcək. Güzgü kameralar və ekranlarla təchiz olunub. Texnologiyanın köməyi ilə hərəkətli şəkil yaratmaq və istifadəçiyə hər hansı bir geyimi seçə bilmək imkanı yaradılır. Bundan əlavə, güzgünün ekranında arxa fonu da dəyişmək mümkündür. Bu virtual mühitdə müxtəlif geyim əşyalarının üzərinizdə necə görünəcəyini qiymətləndirməyə imkan verəcək. Adı çəkilən texnologiyanın ümum istifadəyə veriləcəyi tarix hələlik açıqlanmayıb.