Maide.az

Şamaxı Rəsədxanası NASA-ın iddiasını RƏDD ETDİ

Maide.az xəbər verir ki, ABŞ-ın NASA agentliyinin dünən yaydığı açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunun əvvəlki proqnozlar kimi uydurma, digərləri isə inandırıcı olduğunu deyir. Agentlik 2014-cü il dekabrın 16-dan 22-nə kimi Yer kürəsinə qaranlıq çökəcəyini bildirib.    Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev modern.az-a açıqlamasında dünyada belə bir prosesin baş verməyəcəyini və təşviş üçün heç bir əsas olmadığını bildirib:  “Şamaxı Astrofizika Rəsədxanası olaraq bəyan edirik ki, “dünya qaranlığa qərq olacaq” fikri tamamilə uydurmadır. Belə bir proses baş verməyəcəyindən Azərbaycana da heç bir təsiri olmayacaq”.