Maide.az

Şamaxıda zəlzələ olub

Şamaxı rayonunda zəlzələ olub.   Maide.Az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.   İlkin məlumatlara əsasən, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.   Yeraltı təkanlar yerin 10 km dərinliyində, 3,4 maqnituda gücündə baş verib.