Şamaxıda zəlzələ
Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Maide.az-a verilən məlumata görə, bu gün yerli vaxtla saat 12:25-də Şamaxı rayonu ərasində, Pirqulu kəndindən 13 km cənubda zəlzələ qeydə alınıb. 14 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,1 təşkil edib. Zəlzələ hiss olunmayıb.