Maide.az

Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb (FOTO)

Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “MERCEDES” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./