Maide.az

Şamaxıda avtomobil aşıb, sürücü həlak olub

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 20-də Şamaxı rayonunun Miri kəndində İsmayıllı rayon sakini Fariz Namazov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb.   Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.