Şamaxıda ana və övladı göbələkdən zəhərlənib
Şamaxıda ana və övladı göbələkdən zəhərlənib. APA-nın məlumatına görə, hadisə noyabrın 2-də qeydə alınıb. Şamaxı rayon sakinləri - 43 yaşlı Səidə Xanqulu qızı Heybətova və onun oğlu, 12 yaşlı Haqverdi Heybətov göbələk zəhərlənməsi ilə xəstəxanaya daxil olub. Onların müalicəsi davam edir. /