İşğalçı yəhudilər Fələstinli ailələrə məxsus əraziləri buldozerlərlə dağıdıb
Fələstininin işğal olunmuş ərazisində məskunlaşmış yəhudilər Qərbi şəriyədə Fələstinli ailələrə məxsus əraziləri buldozerlərlə dağıdıb. Maide.Az “dünyabülteni”nə istinadən xəbər verir ki, yəhudilər işğal altındakı Qərbi şəriyənin Nablus bölgəsinin, Madama qəsəbəsində Fələstinli ailələrə aid kənd təsərrüfatı ərazilərini buldozerlərlə dağıdıb. Rejim əsgərləri bu duruma etiraz edən fələstinliləri ərazidən uzaqlaşdırıb. Qeyd edək ki, hadisəni işıqlandırmağa çalışıan 5 fələstinli və bir əcnəbi jurnalist həbs edilib və daha sonra sərbəst buraxılıb.