Maide.az

Altı müsəlman dövlət başçısının iştirakı ilə zirvə toplantısı keçiriləcək

Bu gündən başlayaraq Malayziya paytaxtı Kuala Lampurda 6 müsəlman dövləti başçılarının iştirakı ilə zirvə toplantısı keçiriləcək.   Maide.Az SalamNews-a istinadla xəbər verir ki, bu zirvə toplantısı 3 gün çəkəcək və burada müsəlman dünyası xüsusilə də Yaxın Şərqdə vəziyyət müzakirə ediləcək.   Bu zirvə toplantısında İran, Türkiyə, Pakistan, Qətər, İndoneziya və Malayziya dövlət başçıları iştirak edir.