Maide.az

Altı hacətə çatmaq üçün altı əməl

İmam Əmirəlmöminin Əlidən (ə) nəql olunur ki, bir gün bir kişi Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Ya Rəsuləllah, mənə bir əməl öyrədin ki, onu yerinə yetirdikdə, həm Allah-Taala, həm də insanlar məni sevsin, Allah-Taala malımı artırsın, canıma sağlıq bəxş etsin, ömrümü uzatsın və məni (qiyamət günü) sizinlə məhşur etsin!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Sən altı hacət istədin ki, onları əldə etmək üçün altı əməlin yerinə yetirilməsinə ehtiyac vardır: – Əgər istəyirsənsə, Allah-Taala səni sevsin, Ondan qorx və təqvalı ol; – Əgər istəyirsənsə, insanlar səni sevsin, onlara yaxşılıq et və onların malına göz dikmə; – Əgər istəyirsənsə, Allah-Taala sənin malını artırsın, malının zəkatını ödə; – Əgər istəyirsənsə, Allah-Taala sənin canına sağlıq versin, çoxlu sədəqə ver; – Əgər istəyirsənsə, Allah-Taala sənin ömrünü uzatsın, yaxınlarınla əlaqələrini möhkəmlət; – Əgər istəyirsənsə, Allah-Taala səni mənimlə məhşur etsin, yeganə və böyük Allahın dərgahında səcdələrini artır.” (“Biharul-ənvar”, c.85, səh.168.) Maide.az – Maarif bölümü