Maide.az

İşğalçı İsrail rejim qüvvələri Qəzza zolağını bombalayıb

İşğalçı İsrail rejim qüvvələrinin  qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsini bombalayıb.    Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, işğalçı rejim Qəzzada HƏMAS-ın mövqelərini bombaladığını bildirib.    Sionist rejim yayımladığı açıqlamada  Qəzza zolağından  Fələstinin işğal olunmuş ərazilərinə raket atıldığını və hücumun buna cavab olduğunu idda edib.    Fələstin tərəfindən hücuma dair hələ bir açıqlama verilməyib.