İşğalçı İsrail rejimi Qəzzadakı balıqçılara yenə məhdudiyyət tətbiq etdi
İşğalçı İsrail rejimi yenə də mühasirədə saxladığı Qəzza zolağında yaşayan fələstinli balıkqçılar üçün Aralıq dənizində məhdudlaşdırıcı qərar qəbul edib. Maide.Az “AA”a istinadla xəbər verir ki, bu barədə Qəzzanın kənd təsərrüfatı birliyinin yanındakı həmkarlar ittifaqının sədri Zəkəriyə Bəkr xəbər verib. O bildirib ki, fələstinli balıqçılar üçün nəzərdə tutulmuş su ərazisi 15 dəniz milindən 10 dəniz milinə endirib. Z.Bəkr qeyd edib ki, bu qərar iyun ayıın 6-dan qüvvəyə minib. Qeyd edək ki, Fələstin Azadlıq Təşkilatı və işğalçı İsrail rejimi ilə 1993-cü ildə Osloda imzalanmış sazişə əsasən, Qəzzalılar işğalçı rejimin müdaxiləsi olmadan 20 mil qədər balıq tutma hüququna malikdirlər, lakin işğalçı rejim balıqçıların fəaliyyətini məhdudlaşdırır və bu sazişin tələblərini pozur. Xatırladaq ki, 2 milyondan artıq əhalisi olan Qəzza zolağı 2006-cı ildən İsrail rejimi tərəfindən mühasirədə saxlanılır. Qəzza zolağında 4 min nəfər balıqçılıq edərək, 50 min insanın ehtiyacını ödəyir.