İşğalçı İsrail rejimi Qəzzanı bomblayıb
İşğalçı İsrail rejimi hərbi qüvvələri ötən gecə mühasirədə saxladığı Qəzza zolağında 80 nöqtəyə aviasiya zərbəsi endirib. Maide.Az “AA”a istinadla xəbər verir ki, işğalçı rejim bu əməliyyat üçün onlarla təyyarə, PUA və vertolyot səfərbər edib. Aviazərəbələrin Qəzza zolağından işğal edilən ərazilərə atılan raket atəşinə cavab olaraq endirildiyi iddia edilir. İsrail rejimi Qəzza zolağından 30 raketin atıldığını iddia edib. Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, işğalçı rejimin atdığı bombalar nəticəsində İndoneziya xəstəxanasına ziyan dəyib. Xəstə və həkimlərdən bir neçə nəfər yaralanıb.