İşğalçı İsrail rejiminin Qəzzaya hücumları 3 gündür ki davam edir
İşağlçı İsrail rejim qırıcıları artıq 3 gündür ki, davamlı olaraq Qəzza zolağını bombalayır. Maide.Az xəbər verir ki, cümə günü Sionist rejim ordusu bəyanat yayaraq elan edib ki, təyyarə, topxana və tanklarla Həmas-ın Qəzzadakı mövqelərini bombalayıb. İşğalçı rejim iddia edib ki, bu hücumlar guya Fələstinlilərin işğal olunmuş ərazilərə raket zərbələri endirməsinə cavab olaraq baş tutur. Şahidlərin bildirdiyinə görə, işğalçı rejim qırıcıları gün ərzində dəfələrlə Qəzzanın şimalında Beyt Lahiya və Xan Yunusun cənub şərqini bombalayıblar. Hələlik ölənlər və dəymiş ziyan barədə məlumat yoxdur. Lakin ötən gün işğalçırejim topxanasının atdığı bomba nəticəsində bir fələstinli qadın Xan Yunusda həyatını itirib.