İşğalçı İsrail rejimi avqustda 130 fələstinli uşağı nəzarətə götürüb
Fələstin insan haqları qurumları avqust ayında sionist Israil rejiminin 522 fələstinlini nəzarətinə aldığını rəsmiləşdirib. Fələstin insan haqları qurumlarının yaydığı birgə hesabata görə, İsrail rəhbərliyi avqust ayında işğal edilmiş Fələstin torpaqlarında 130-u uşaq, 16-sı qadın olmaqla 522 fələstinlini həbs edib. İşağlçı rejimin fələstinlilərə qarşı qanun pozuntularının pisləndiyi hesabatda sionist rejim həbsxanalarında 12-si deputat, 450-si inzibati məhbus, 300-ü uşaq, 10-u 18 yaşından kiçik qız uşağı, 54-ü qadın olmaqla 6 min 300 məhbus olduğu bildirilib. (eastnews)