İşğalçı İsrail rejim aviasiyası aviasiyası Qəzza zolağına zərbələr endirdi
Sionist İsrail rejim aviasiyası Qəzza zolağına hava zərbələri endirib. Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, işğalçı İsrail rejim aviasiyası Qəzza zolağındakı yerüstü infrastruktura zərbə endirib. İsrail tərəfi aviazərblərin hədəfinin HƏMAS təşkilatının mövqeləri olduğu və 4 hədəfə endirildiyini bildirib. Xatırladaq ki, ötən gün İsrail artileriyası Qəzza zolağında olan iki müşahidə qülləsinə zərbələr endirib. Hücumlar zamanı xəsarət alanlar barədə məlumat verilməyib. Qeyd edək ki, HƏMAS Qəzzaya edilən hücumların arxasında İsrailin məqsədlərinin olduğunu bildirib. “İsrail ordusunun müqavimət qruplarının bəzi mövqelərini və dinc əhalinin yaşadığı bölgələri bomablamaqdan məqsədi gərginlik yaratmaqdır. Buna görə hücumlara görə məsuliyyəti İsrail tərəfi daşıyır. Fələstin müqaviməti xalqını qorumaq görəvindən çəkinməyəcək. Xalqını və hər hansı bir hücuma qarşı məsuliyyətli davranacaq və layiqli cavabı verəcək." Xatırladaq ki, işğalçı İsrail rejim ordusu müxtəlif vaxtlarda Müqavimət qrupları tərəfindən raket atılması bəhanəsilə Qəzzaya davamlı hücumlar təşkil edir.