İşğalçı İsrail əsgərləri 9 fələstinlini həbs etdi
Sionist İsrail əsgərləri işğal altında olan Qərbi Şəriyənin müxtəlif bölgələrində 9 fələstinlini tutub. Maide.Az xəbər verir ki, işğalçı rejim həbs olunan fələstinliləri "terrorist hərəkatlarında iştirak" etməkdə ittiham edib. Qeyd edək ki, işğal altında olan Qərb Şəriyədəki və Şərqi Qüdsdəki evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif bəhanələrlə Fələstinliləri həbs edir. Xatırladaq ki, sionist rejimin həbsxanalarında təxminən 300 fələstinli uşaq saxlanılır ki, onların içərisində ən kiçik məhbus 2 aylıqdır.