Maide.az

İşğalçı İsrail əsgərləri fələstinlilərə atəş açdı, ölən və yaralanan var

Sionist rejim hərbiçiləri qərb sahilində Əl-Xəlil şəhərinə hücum edib.    Maide.Az xəbər verir ki, sionist rejim hərbiçilərinin Əl-Xəlil şəhərinə hücumu zamanı fələstinlilər və işğalçı rejim əsgərləri arasında qarşıdurma baş verib.    Şahidlərin bildirdiyinə görə, sionist rejim əsgərləri fələstinlilərə atəş açıb. Nəticədə 1 fələstinli şəhid olub və 4 nəfər ağır yaralanıb.