Maide.az

Almaniya polisi jurnalistləri gözyaşardıcı qazla susdurdu

İyunun 21-də Berlində Aralıq dənizini keçərək Avropaya gəlmək istəyən, lakin həlak olan miqrantların xatirəsinə nümayiş keçirilib.   Milli.az Rusiya KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları Almaniya hökumətinin diqqətini qeyri-qanuni miqrasiyaya yönəltmək istəyiblər. Ancaq parlamentin qarşısına toplaşan nümayişçiləri polis dağıdıb.   Asayiş keşikçiləri tək nümayişçilərə qarşı deyil, hadisəni işıqlandıran jurnalistlərə qarşı da gözyaşardıcı qaz tətbiq ediblər. /